Azərbaycanın veteran futbolçusu vəfat edib

17:22 | 26.02.2023
Azərbaycanın veteran futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu Qəhrəman Əliyev vəfat edib.

2020-ci ildə koronavirusa yoluxmuş, bu səbəbdən insult keçirmiş Q.Əliyev komadan ayımayıb.

"Viləş”, "Şəmkir”, MOİK, "Masallı” komandalarının sabiq baş məşqçisi 63 yaşında vəfat edib

Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallıda doğulub. O, ən böyük nailiyyətlərini yerli "Viləş" və "Şəmkir" komandalarında əldə edib.
"Viləş"ə bürünc medal qazandırmış mütəxəssis "Şəmkir"lə çempion olmağı bacarıb.

O, həm də Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş baş məşqçi isi.

Qəhrəman Əliyev 1983- 1985-ci illərdə "Neftçi”nin formasını geyinib. Əliyev "Avtomobilçi” (Bakı) (1976-1981), "SKA Xabarovsk” (1981-1983), "Gənclik” (Bakı) (1985-1986), "Avtomobilçi” (Meingəçevir) (1986-1987) klublarının da heyətində çıxış edib.

Allah rəhmət eləsin!

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb