Azərbaycanlı futbolçular bir-birini təhqir etdi

15:17 | 29.04.2014
Azərbaycanlı futbolçular bir-birini təhqir etdi

Azərbaycanlı futbolçular bir-birini təhqir etdi

AFFA İntizam Komitəsinin iclası keçirilib. ANS PRESS-in məlumatına görə, azarkeşlər klubun cərimələnməsinə səbəb olublar. Belə ki, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. Buna görə, hər iki klub 1000 manat cərimə olunur.“Qəbələ” – “Simurq” matçının 83-cü dəqiqəsində “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze texniki zona qaydalarını pozub. Buna görə də o, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Bundan əlavə klub 1000 manat cərimə ödəməli olacaq. Azərbaycan I divizionun XXVII turunun “Kəpəz” – “Şəmkir” matçının 43-cü dəqiqəsində “Kəpəz” klubunun 25 №-li futbolçusu Xəyal Zeynalovla “Şəmkir” klubunun 11 №-li futbolçusu Ramil Sadiqov biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanıb. Klublar 200 manat cərimə olunub. “İnter” – “Qarabağ” matçının 40-cı dəqiqəsində “İnter” klubunun 13 №-li futbolçusu Teymur Kamalla “Qarabağ” klubunun 17 №-li futbolçusu Tural Rzayev biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb