Azərbaycanlı güləşçi saqqalını karyerasından üstün tutdu

17:53 | 28.03.2014
Azərbaycanlı güləşçi saqqalını karyerasından üstün tutdu

Azərbaycanlı güləşçi saqqalını karyerasından üstün tutdu

“Federasiyadan qalmağımı istəyirdilər”.

Avropa çempionu Elçin Əliyevin saqqal saxladığına görə güləş üzrə milli komandadan uzaqlaşdırıldığı barədə məlumat vermişdik. İdmançıdan saqqalını qırxmağı tələb edirdilər. Bu məsələ idman ictimaiyyəti arasında böyük ajiotaj doğurdu. Sonradan Azərbaycan Güləş Federasiyasından bildirdilər ki, məsələ həll olunub, idmançı saqqallı da güləşə bilər.

ANN.Az Publika.Az-a istinadən xəbər verir ki, problem həll olunmayıb və güləşçi karyerasını bitirmək qərarına gəlib.

Məlumatı Elçin Əliyevin özü də təsdiqləyib.

“Karyeramı başa vurmaq qərarına gəldim. Qərarım qətidir. İdmandan ayrılmağım əsasən şəxsi həyatımla bağlıdır. Buna  görə bu barədə çox danışmaq istəmirəm.

Amma bir səbəb də FİLA-nın qərarıdır. FİLA-dan yerli federasiyaya bildirildi ki, saqqallı güləşmək olmaz.

Mən yenə də saqqalımı qırxmayacağımı bildirdim və karyeramı başa vurmaq qərarına gəldim. Bir sözlə, məni heç kim incitmədi, təzyiqlər olmadı. Hətta federasiyadan da qalmağımı istəyirdilər. Saqqallı güləşməyə FİLA icazə vermədi. Mən də dedim ki, artıq karyeramı bitirmək vaxtı gəlib”.

İdmançı bundan sonra güləş aləmindən tamamilə uzaqlaşmaqda israrlı olduğunu da söylədi:

“Məşqçi kimi fəaliyyət göstərmək istəmirəm. Çünki güləş aləmindən tamamilə uzaqlaşmaqda israrlıyam. Başqa işlə məşğul olacam”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb