Azərbaycanlı idmançı prezidentlə - FOTO

10:01 | 16.07.2014
Azərbaycanlı idmançı prezidentlə - FOTO

Azərbaycanlı idmançı prezidentlə - FOTO

Azərbaycanlı idmançı, “Mauqli” ləqəbli Zabit Səmədovun sosial şəbəkədə Çeçenistan prezidenti Ramzan Kadırovla birgə fotosu yayılıb.Oxu.Az xəbər verir ki, Zabit Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçüb. O, 9 yaşından idmanla məşğul olmağa başlayıb. 26 yanvar 2007-ci ildə Fransada keçirilən K-1 Rules Kick Tournament 2007 in Marseilles-də 3 döyüş keçirir və sonuncu döyüşdə nokaut ilə qələbə qazanaraq K-1 Rules Kick Tournament 2007 in Marseilles-in birincisi olur.17 avqust 2007-ci ildə, Las Vegasda keçirilən K-1 World GP-də pozitiv nəticə göstərib. O, bu yarışda 3 döyüş keçirib: 2 döyüşdə qələbə qazanır, finalda çox az xal ilə (en:Doug Vineyə) məğlub olur.26 aprel 2008-ci ildə Səmədov Niderlandda keçirilən K-1 World GP 2008 in Amsterdam-da iştirak edir və o bu yarışda da 3 döyüş keçirir. O ilk döyüşündə Doug Vineydən intiqamını alır, sonrakı döyüşdə udur, lakin finalda (en:Errol Zimmermana) məğlub olur.13 iyul 2008-ci ildə Səmədov k-1-in ən məşhur döyüşçülərindən biri (en:Ray Sefo) ilə döyüşür. Bu döyüş Səmədov üçün çox çətin keçir, lakin o, bu çətinliyin öhdəsindən gələrək qələbə qazanır.23 May 2009-cu ildə Zabit Səmədov Polşada keçirilən (en:K-1 World Grand Prix 2009 in Łódź,Łódź,Poland) yarışa qoşulur. Səmədov bu yarışda 3 döyüş keçirir və 3 döyüşü də qələbə ilə başa vurur, yarışın çempionu olur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM