Azərbaycanlı rəssam beynəlxalq sərgidə

09:48 | 28.11.2013
Azərbaycanlı rəssam beynəlxalq sərgidə

Azərbaycanlı rəssam beynəlxalq sərgidə

Azərbaycanlı rəssam Mehriban Əfəndi “Beynəlxalq surrealizm bu gün” mövzusunda sərgidə iştirak edəcək.Rəssam Mehriban Əfəndi AzərTAc-a bildirib ki, sərgi noyabrın 30-da Portuqaliyanın Lissabon şəhərində açılacaq.Növbəti dəfə bu sərgiyə qatılacaq rəssam ölkəmizi Portuqaliya və Avropada öz əsəri ilə təmsil edəcək.Mehriban Əfəndi ilk dəfə “Sürrealizm bu gün” hərəkatına 2010-cu ildə Portuqaliya rəssamı Santiaqo Riberonun dəvəti və Bissaya Barreto Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində qatılıb. Layihə Salvador Dalidən sonra dünyada yaşayıb-yaradan professional sürrealist rəssamların üzə çıxarılaraq bir araya gətirilməsi və daimi olaraq onların sərgilərini keçirmək məqsədini daşıyır. Həmin il sərgidə və 31 ölkədən 56 rəssam iştirak edib.Dekabrın sonunadək davam edəcək builki sərgidə 29 ölkənin rəssamları iştirak edəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb