Azərbaycanla Rusiya arasında dəniz turları təşkil olunacaq

15:29 | 28.12.2017
Azərbaycanla Rusiya arasında dəniz turları təşkil olunacaq

Azərbaycanla Rusiya arasında dəniz turları təşkil olunacaq

"Moskva Çay Gəmiçiliyi” ASC-nin Baş direktoru Konstantin Anisimovun rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.

QSC-dən AzVision.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Xəzər dənizində PV300VD layihəli "Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə dəniz turlarının təşkili haqqında memorandum imzalayıblar.

Rusiyalı qonaqlar bildiriblər ki, Bakı güclü turizm imkanına malikdir. Bu baxımdan dəniz səyahətlərinin təşkili Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qeyd edib ki, Xəzər dənizində sahilyanı ölkələrin iştirakı ilə gəmi turlarının-kruizlərin təşkili böyük perspektiv vəd edir.

Bu layihənin gerçəkləşməsi dəniz nəqliyyatı sahəsində Rusiya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsini təşviq edəcək, ölkələrin turizm potensialından istifadə üçün geniş imkanlar yaradacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb