Azərbaycanla sülh müqaviləsinin 13 bəndi razılaşdırılıb - Paşinyan

11:00 | 10.09.2024
Azərbaycanla sülh müqaviləsinin 13 bəndi razılaşdırılıb  -  Paşinyan

Azərbaycanla sülh müqaviləsinin 13 bəndi razılaşdırılıb - Paşinyan

Azərbaycan və Ermənistan arasında sülh sazişi sənədinin 13 bəndi artıq razılaşdırılıb, İrəvan yaxın vaxtlarda sənədi imzalamağa hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib. 

"Son vaxtlar çox eşitmisiniz ki, razılaşmanın 80%-i razılaşdırılıb.  Hazırda layihənin 13 bəndi və sazişin preambulası tam razılaşdırılıb. İki cümlədən ibarət daha üç bənd qismən razılaşdırılıb. Daha konkret desək, təkliflərdən biri razılaşdırılıb, digəri razılaşdırılmayıb",  -  baş nazir vurğulayıb.

Ermənistan razılaşdırılan məqamların əslində beynəlxalq aləmdə məqbul və ya münasibətlərin qurulması üçün fundamental məqamları ehtiva etdiyini nəzərə alaraq, artıq razılaşdırılmış sənədi baza prinsipi olaraq imzalamağı, sonra isə digər məsələlər üzrə müzakirələri davam etdirməyi təklif edib.
 
Xüsusilə nəzərə alınır ki, razılaşdırılan məqamlardan biri hər iki tərəfə birgə mexanizm vasitəsilə müzakirələri davam etdirməyə imkan verəcək. 

Layihədə Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması da nəzərdə tutulub.

"Mən yaxın gələcəkdə sülh və münasibətlərin qurulmasına dair razılaşdırılan sənədi imzalamağa hazır olduğumu təsdiq edirəm”, - Paşinyan bildirib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM