Azərbaycanlı “gözəl” İrəvana getmək istədi

11:00 | 06.06.2018
Azərbaycanlı “gözəl” İrəvana getmək istədi

Azərbaycanlı “gözəl” İrəvana getmək istədi

"Miss MDB-2018” gözəllik müsabiqəsi Ermənistanda keçiriləcək.

Kult.az xəbər verir ki, bu barədə məlumatı müsabiqənin təşkilatçılarından biri olan Nairi Mnatsakanyan deyib. Onun sözlərinə görə, müsabiqədə 30 nəfər iştirak edəcək. Müsabiqənin finalının 29 iyunda keçiriləcəyi bildirilib.

Mnatsakanyan müsabiqədə Azərbaycan və Türkiyə təmsilçilərinin də iştirak etmək istədiyini deyib. O, hər iki nümayəndənin lazımi sənədləri zamanında toplaya bilmədiklərinə görə müsabiqəyə buraxılmadığını vurğulayıb.

Qeyd edək ki, bu müsabiqə ikinci dəfədir keçirilir. Müsabiqə bundan öncə də İrəvanda baş tutub. Müsabiqənin mükafat fondu 10.000 dollardır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM