Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

12:07 | 04.10.2022
Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Elşad Abdullayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək oyunlara təyinat alıb. Bu barədə AFFA-nın rəsmi saytı yazıb.

 İtaliya, Yunanıstan, Finlandiya və Kosovo komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 5-dən 11-dək Kosovoda təşkil ediləcək.

Bundan əlavə, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunun oyunlarına təyinat alıb.

O, oktyabrın 5-dən 11-dək Portuqaliyada keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq. Bu qrupda Norveç, Belçika, Portuqaliya və Malta milli komandalar mübarizə aparacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM