Azərbaycanlı milyarder həbs olundu

10:26 | 22.03.2016
Azərbaycanlı milyarder həbs olundu

Azərbaycanlı milyarder həbs olundu

Türkiyədə  bir müddət öncə korrupsiya əməliyyatı ilə əlaqədar yaxalanıb 70 gün həbs yatdıqdan sonra sərbəst buraxılan tanınmış iş adamı Rza Zərrab bu dəfə Amerikada saxlanılıb.

Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, azərbaycanlı iş adamı İrana qarşı sanksiyaları pozaraq ABŞ-ı aldatmaqda, bank saxtakarlığında və "çirkli” pulların yuyulması”nda ittiham olunur. Mayamidə həbs olununan Zərrab üçün prokurorluq 75 il həbs cəzası istəyib.

Dünən Mayami məhkəməsi tərəfindən həbs olunan Rza Zərrab haqda bildirilir ki, o və iki İran vətəndaşı Kamelia Cəmşidi ilə Hüseyn Nəcəfzadə ilə birgə İran hökumətinin xeyrinə olacaq şəkildə saxtakarlıq edərək yüz milyonlarla dollarlıq bank əməliyyatı həyata keçiriblər. Prokurorluq hər üç şübhəli üçün ABŞ-ı aldatmağa görə 5 il, İrana qarşı sanksiyaları pozmağa görə 20 il, bank saxtakarlığına görə 30 il və "çirkli pulların yuyulması”na görə 20 il olmaqla üst-üstə 75 il həbs cəzası istəyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb