• $
  • £

Azərbaycanlı müğənni atası ilə birgə qəzaya düşdü

Azərbaycanlı müğənni atası ilə birgə qəzaya düşdü
29.05.2020 11:11
Gənc müğənni Habil Əhmədov uzun müddətdən sonra "Şou ATV"nin efirində görünüb. Milli.Az xəbər verir ki, müğənni efirlərdə fasilə ilə göründüyü üçün onu tənqid edənlərə cavab verib. Habil 22 yaşı olarkən atasının idarə etdiyi maşınla qəzaya düşdüklərini və o andan sonra dünyanın başına "yıxıldığını" bildirib. O, qəza zamanı sükan arxasında olan atasının gözü önündə can verdiyini, buna görə də sənətində fasilə etmək məcburiyyətində qaldığını sözlərinə əlavə edib. Habil səhnəyə qayıdışından qısa vaxt sonra ikinci şoku yaşayıb. Müğənni ailəli olan yeganə bacısını xərçəngin cəngindən xilas etmək üçün sənəti atıb, bacısını xilas etməyin yollarını axtarmağa başlayıb: "İnsanlar bilib bilmədən rəy bildirir. Hər dəfə deyirlər ki, "Əşi, Habildir də. Gah çıxıb oxuyur, gah da yoxa çıxır". Gərək soruşasan, maraqlanasan səbəb nədir. Onu elə tərzdə deyirlər ki, mən güya kefimdən bunu edirəm. Atamın ölümündən sonra bacıma dördüncü dərəcəli xərçəng dioqnozu qoyuldu. Mən bacımın xəstəliyinə görə 2 il ərzində 4 ölkə arasında qaldım - Türkiyə, Rusiya, Azərbaycan, İran. Çünki müəyyən dərmanları mən İrandan tapa bilirdim. Allaha şükr edirəm ki, sonuna qədər mübarizə apardım, mən tək qalmadım. Bacım iki dəfə ağır əməliyyat keçirtdi. Onun nə boyda həyat riski var idi, o şeylər artıq keçdi. Ona görə indi rahat danışıram. O bu gün həyatda olmaya da bilərdi, balaları yetim qala bilərdi. Mən bütün bu şeyləri nəzərə alıb öz həyatımı bir tərəfə qoymuşdum, çalışırdım ki, var-gücümlə onun arxasınca qaçım". Qeyd edək ki, "Yeni ulduz" layihəsindən sonra tanınan gənc müğənni mərhum xalq artisti İslam Rzayevin tələbəsi olmuş Nuridə Əliyevanln övladıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Mədəniyyət 18:06
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Mədəniyyət 10:39
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Mədəniyyət 14:29
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO
Mədəniyyət 14:27
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Mədəniyyət 10:55
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
Mədəniyyət 10:53
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Mədəniyyət 04:16
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Mədəniyyət 11:18
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Mədəniyyət 10:51
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol