Seulda "Bakı" restoranı

15:25 | 09.09.2015
Seulda

Seulda "Bakı" restoranı

Seulda Azərbaycan mətbəxinin ilk restoranı - "Bakı”, şəhərin şimalında Sinchon rayonunda açılıb, Oxu.Az "Rossiysko-koreyskoe informasionnoe agnetsvo”ya istinadən bildirir.

"Mən cənubi koreyalıların ölkəm haqqında daha çox şey bilmələri üçün restoran açdım”, restoranın sahibi Nihat Xəyalzadə bildirib.

25 yaşlı Xəyalzadə Cənubi Koreyaya beş il bundan öncə Hanyang universitetində təhsil almaq üçün gəlib. 

O hiss edirdi ki, cənubi koreyalıların çoxu onun ölkəsinin mövcud olmasından belə xəbərsizdirlər.

"Bura gələnə qədər mən də Cənubi Koreya haqqında heç nə bilmirdim, belə ki, yalnız Şimal haqqında xəbərlər eşidirdim”, o deyib.

"Amma mən dillərimizin ortaq çox şeyi olduğunu öyrəndim, bu isə məni burada təhsil almağa məcbur etdi”.

O zamandan bəri o, könüllü fəaliyyətində daha fəal olur, məqsədi isə cənubi koreyalıları öz ölkəsi ilə tanış etmək idi, amma nə isə çatışmadığını hiss edirdi.

"Mən cənubi koreyalılardan Azərbaycan haqqında ilk növbədə nə öyrənmək istədiklərini soruşdum”, o deyib.

"Mən əslində cavabın ölkəmizin yerləşdiyi məkan haqqında olacağını gözləyirdim, amma onlar qida dedilər. Bax onda restoran açmaq fikrinə düşdüm”.

Restoranda ənənəvi Azərbaycan yeməkləri təklif edilir, onları azərbaycanlı aşpaz bişirir, xidmət də azərbaycanlı personal tərəfindən göstərilir. Qiymətlər 5000-8000 von arasındadır.

Xəyalzadə biznesin uğuruna ümid edir, belə ki, restoran rahat yerdədir və burada səmimi atmosfer yaratmağa nail olub.

"Bura bir dəfə gələn müştərilər bir də gəlir, bu, yaxşı əlamətdir”, o deyib.

"Ümid edirəm ki, bura bizim mətbəxi dadmağa daha çox adam gələcək və Azərbaycan haqqında daha çox şey öyrənəcəklər”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM