Azərbaycanlı sürücülər Aktau limanındakı yeniliklərdən narazıdırlar

19:00 | 16.06.2016
Azərbaycanlı sürücülər Aktau limanındakı yeniliklərdən narazıdırlar

Azərbaycanlı sürücülər Aktau limanındakı yeniliklərdən narazıdırlar

Azərbaycan, Türkiyə və İrandan olan sürücülər Qazaxıstanın Aktau (Qazaxıstan) dəniz limanında tətbiq olunan yeniliklərdən narazıdırlar.

Oxu.Az "Astana” telekanalına istinadən xəbər verir ki, adıçəkilən ölkələrdən olan sürücülərin narazılığına səbəb liman ərazisindəki keçid məntəqələrində nəzarətin gücləndirilməsidir. Nəzarət tədbirləri Qazaxıstanda terror təhlükəsi ilə əlaqədar gücləndirilib.

İş ondadır ki, sürücülər müvafiq sənədləşdirmə prosedurlarını keçdikdən sonra bir müddət limanın ərazisini tərk edə bilmirlər. Bunun nəticəsində onlarla sürücü liman ərazisində müvafiq qurumların göstərişi ilə bir neçə saatlıq "həbs” olunublar.

"Biz sənədləşdirmədən sonra küçəyə çıxıb, sonra geri qayıda bilərik. Ancaq bizə bunu etməyə də icazə vermirlər. Liman ərazisində bir dənə də mağaza yoxdur. Bundan başqa, burada yataq yerləri və hamam belə mövcud deyil. İnsanları çox narahat şəraitdə saxlayırlar”, - deyə sürücülər qeyd ediblər.

Limanın bərə kompleksinin rəisi Natalya Yaroşenko isə iradlarla razılaşmır: "Hansı maşının içini yoxlasan, görərsən ki, sürücülərin yeməyi də, çayı da var”.

Limanın sərhəd nəzarəti hərbi bölməsinin rəhbəri Rafael Axmetov isə bildirib ki, ölkədə antiterror təhlükəsi ilə əlaqədar birbaşa giriş və çıxış məhdudlaşdırılır: "Limanın ərazisi strateji obyekt sayılır. Giriş-çıxış zamanı bəzi yubanmalar rəsmiləşdirmə tədbirləri ilə bağlıdır”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM