Azərbaycanlıların Rusiyadakı toy korteji müzakirələrə səbəb olub - VİDEO

16:58 | 04.12.2018
Azərbaycanlıların Rusiyadakı toy korteji müzakirələrə səbəb olub - VİDEO

Azərbaycanlıların Rusiyadakı toy korteji müzakirələrə səbəb olub - VİDEO

Rusiyanın Petrozavodsk şəhərində azərbaycanlıların toy korteji qəza şəraiti yaradıb. 

Hadisə noyabrın 26-da qeydə alınıb. 

İşıqforun qırmızı işığında keçən kortej az qala piyadaları vuracaqdı. Sürücülərin təhlükəli manevrləri şəhərdəki müşahidə kameraları tərəfindən lentə alınıb. 

Hadisənin "baş” qəhrəmanlarından biri Kareliya Respublikasının gənclər parlamentinin 18 yaşlı deputatı Seymur İsmayılov olub. Görüntülər onun şəxsi "Instagram” hesabında paylaşılıb. Nəticədə, deputat tutduğu vəzifədən azad edilib.

Kortejdəki avtomobillərin sürücüləri ümumilikdə 100 min rubl (2500 manat) məbləğində cərimələnib.

Sosial şəbəkə istifadəçiləri baş vermiş hadisəni kəskin qınayıblar./oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM