Azərbaycanın 1 milyard ton neft ehtiyatı var - AÇIQLAMA

14:51 | 19.12.2014
Azərbaycanın 1 milyard ton neft ehtiyatı var - AÇIQLAMA

Azərbaycanın 1 milyard ton neft ehtiyatı var - AÇIQLAMA

Azərbaycan ərazisinin quru hissəsində yerləşən yataqların neft ehtiyatları təxminən 1 mlrd. ton həcmində qiymətləndirilir.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Alimlərin I Qurultayında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

"İndiyədək 1 mlrd. ton həcmində neft hasil etmişik, təxminən bir bu qədər də qurudakı yataqlarda ehtiyatımız var", - deyə SOCAR rəsmisi vurğulayıb.

X.Yusifzadənin sözlərinə görə, buna baxmayaraq, həmin neft ehtiyatlarının çıxarılması hazırda mümkün deyil: "Çünki mövcud texnika və texnologiya buna imkan vermir. İnanıram ki, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri də bu sahədə inkişafa şərait yaradacaq işlər görəcəklər".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb