Azərbaycanın "qara siyahısı"nda 435 nəfər var

14:09 | 27.02.2015
Azərbaycanın

Azərbaycanın "qara siyahısı"nda 435 nəfər var

Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı açıqlandıqdan bu günədək 10 nəfərin adı siyahıdan çıxarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, siyahı bu il fevralın 20-də yenilənib.

Hikmət Hacıyev bildirib ki, hazırda siyahıda 435 nəfərin adı var. O, bu siyahıdan sonra Dağlıq Qarabağa qeyri-qanuni səfər etmiş xarici vətəndaşların sayında azalma tendensiyasının müşahidə edildiyini bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM