Azercell-dən yeni cihaz kampaniyası – 149 MANAT ÖDƏYİRSƏN...

12:49 | 06.07.2019
Azercell-dən yeni cihaz kampaniyası – 149 MANAT ÖDƏYİRSƏN...

Azercell-dən yeni cihaz kampaniyası – 149 MANAT ÖDƏYİRSƏN...

Azercell yeni kampaniyaya başlayıb. Anews.az xəbər verir ki, 3G USB, 3G MiFi və ya 4G MiFi cihazlarından birini əldə edən abunəçilər, hədiyyə qismində verilən sərfəli internet paketlərindən yararlana biləcək. Qeyd edək ki, abunəçi tərəfindən ödənilən məbləğin 100%-i cihaz üzərində təqdim olunan nömrənin balansına geri qaytarılır. Cihazlar nağd ödəniş əsasında satıldığından, növbəti aylarda məcburi abunə haqqı tələb olunmur və cərimə tətbiq edilmir.
 
Beləliklə, kampaniya çərçivəsində 149 AZN ödəyərək, 4G MiFi alan abunəçilər 5 ay boyunca hər ay hədiyyə qismində təqdim olunan Limitsiz internet paketindən istifadə edəcək. Dəyəri 99 AZN olan 3G MiFi cihazını alan istifadəçilər 5 ay ərzində hər ay ödənişsiz təqdim edilən 30 GB-lıq internet paketindən yararlana biləcək. 3G USB cihazını 24 AZN ödəyərək, əldə edən abunəçilərə isə 3 ay boyunca hər ay 10 GB həcmində internet paketi hədiyyə olunacaq.
 
Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri, Azercell Eksklüziv Mağazaları və ya Diler Ofislərinə müraciət edərək, mövcud təkliflərdən birini seçə bilər.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb