"Azəri" yatağındakı platformada iş dayandırılacaq

17:08 | 30.08.2016

"Azəri" yatağındakı platformada iş dayandırılacaq

Bu ilin IV rübün sonunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun "Azəri” platformalarının biri planlı təmir işlərinə dayandırılacaq. 

"Report” xəbər verir ki, bunu jurnalistlərə "BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəylinin sözlərin görə, təmir işləri orta günlük hasilata təsir etməyəcək: "Ötən yarım ildə orta günlük hasilat 655 min barelə bərabər olub. Biz bu göstəricini saxlamaq fikrindəyik. Təbii ki, bu, ilin hasilat rəqəmlərinə təsir etməyəcək". 

"İndi SOCAR-la danışıqlar gedir və vaxtı dəqiqləşdirilir. Təbii ki, bu da cari ilin xərclər proqramına daxil edilib. III rübün sonunda mətbuatda məlumat veriləcək”, - deyə şirkət rəsmisi söyləyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb