“Azəriqaz” əhaliyə səsləndi

17:29 | 15.03.2018
“Azəriqaz” əhaliyə səsləndi

“Azəriqaz” əhaliyə səsləndi

Son günlər paytaxtın Suraxanı, Xətai, Yasamal və Binəqədi rayonlarında qazın təzyiqinin azaldığı müşahidə olunub.

Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev Axar.az-a açıqlamasında bildirib ki, qazın verilməsində heç bir məhdudiyyət olmayıb, əksinə, təbii qaza tələbat çoxaldıqca onun verilişi də artıb:

"Yazın gəlişinə sayılı günlər qalmasına baxmayaraq, ölkə ərazisində son iki gündə havanın soyuması müşahidə olunur. Martın 13-də 29 milyon 75 min kubmetr təbii qaz sərfiyyatı olub, dünən isə bu rəqəm 31 milyon 306 min kubmetrə çatıb. Yəni 2 milyon 231 mindən artıq təbii qaz sərf olunub”.

İbrahim Kərbəlayev onu da qeyd edib ki, problemlərlə əlaqədar olaraq əhali "Azəriqaz”ın çağrı mərkəzinə müraciət etsinlər:

"Hər hansı problem yaranarsa, çağrı mərkəzinə zəng edib, ünvanlarını qeydiyyata salsınlar. Bundan sonra əməkdaşlarımız operativ şəkildə problemi ortadan qaldırmağa çalışacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb