“Azəriqaz”dan şad xəbər

12:21 | 02.10.2014
“Azəriqaz”dan şad xəbər

“Azəriqaz”dan şad xəbər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı günlərində normal iş rejimində işləyəcək.ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Qeyd edək ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi məqsədi ilə bütün zəruri tədbirlər görülüb və növbəli iş rejimi tətbiq olunacaq. Bundan əlavə, bayram günlərində qaz təchizatında təmir-tikinti işləri ilə əlaqədar məhdudiyyətlər olmayacaq.“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçıları təbii qazdan istifadə zamanı diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir.ANN.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb