"Azəryolservis"dən keçidin sökülməsi xəbərinə REAKSİYA

16:06 | 02.03.2015

"Azəryolservis"dən keçidin sökülməsi xəbərinə REAKSİYA

 "Ziya Bünyadov prospektində yeni inşa olunan yerüstü piyada keçidinin sökülməsindən söhbət gedə bilməz”.

Bunu Lent.az-a açıqlamasında Nəqliyyat nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyev bildirib ki, bəzi KİV-lərdə bununla bağlı yazılan məlumatlar cəfəngiyatdan başqa bir şey deyil. Qurum rəsmisinin sözlərinə görə, keçidin döşəmə hissəsinin üzlənməsi və pəncərələrdə şüşə hissəsinin montajı istisna olmaqla digər işlər tamamilə yekunlaşıb və bütövlükdə işlərin 90%-i artıq yerinə yetirilib.

"Sözügedən işlərin yerinə yetirilməsi üçün artıq nəzərdə tutulan materiallar sifariş olunub, həmin materiallar gətirildikdən sonra yerdə qalan işlərə başlanılacaq”, deyə P. Mürsəliyev bildirib.

Qeyd edək ki, ümumilikdə işlərin mart ayının sonu, aprel ayının əvvəllərində başa çatdırılması planlaşdırılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb