Aziz Sancar 700 nəfər məktəbli qızı oxutduracaq

22:05 | 31.03.2016
Aziz Sancar 700 nəfər məktəbli qızı oxutduracaq

Aziz Sancar 700 nəfər məktəbli qızı oxutduracaq

"İstəyirəm, bütün qızların qarşısında mənim qarşımda olmuş imkan olsun”.

2015-ci il kimya üzrə Nobel mükafatının qalibi Aziz Sancar bu günlərdə qızlar üçün təhsil proqramı elan edib. 

Oxu.Az "Azadlıq” radiosuna istinadən xəbər verir ki, o, Harriet Fulbright İnstitutunun dəstəyilə Türkiyədən 700 nəfər altıncı sinifdə oxuyan qızı seçəcək, onları elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) üzrə təhsilə cəlb edəcək.

Layihəyə nəinki Türkiyədə yaşayan bütün 6-cı sinif qızları, həmçinin Suriya qaçqını olan 6-cı sinif qızları da qoşula bilərlər.

Şagirdlərin seçim mərasimləri Türkiyənin yeddi şəhərində həyata keçiriləcək. Aziz Sancar şəxsən Türkiyənin ucqar əyaləti Zonquldakdan İstanbula qədər müxtəlif universitetlərində bu məsələyə həsr olunmuş üç konfrans keçirəcək.

Aziz Sancarın bəyanatında deyilir: "Türkiyənin əyalətində doğulmuş bir insan kimi mən təhsilin gücünə inanıram. Yaxşı bilirəm ki, təhsil mənim həyatımda nələr edib. İstəyirəm, Türkiyədə və dünyadakı bütün qızların qarşısında mənim qarşımda olmuş imkan olsun”.

Proqramı maliyyələşdirənlər arasında "Türkiyə Hava Yolları” şirkəti də var.

Aziz Sancar 1982-ci ildən ABŞ-ın Şimali Karolina Universitetində professor və tədqiqatçıdır. O, Nobel mükafatını DNT-nin bərpası sahəsində araşdırmalarına görə alıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb