Komitədən ANN.Az-a verilən məlumata görə, məqsəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 1713 nömrəli Sərəncamında qarşıya qoyulan vəzifələrlə əlaqədar ölkədə sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün yeni mühitin formalaşdırılmasına, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi üçün "Made in Azerbaijan” brendinin təşviqinə, ölkədə istehsal olunan məhsulların xarici ölkələrə ixracı zamanı hüquqların müəyyənləşdirilməsi, qorunmasına, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərlə bağlı bütün məsələlərə aydınlıq gətirmək və müvafiq köməkliklər göstərməkdən ibarətdir.
Mövzu ilə bağlı suallar "AzPatent”in mütəxəssisləri tərəfindən cavablandırılacaqdır.
Ünvan: Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent)
AZ1009 Bakı şəhəri, Mirzə İbrahimov küçəsi-53, 422-ci məhəllə (Xarisi İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !