“Azpetrol” Azərbaycanda yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

14:34 | 19.03.2024
“Azpetrol” Azərbaycanda yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

“Azpetrol” Azərbaycanda yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

"Azpetrol Ltd” şirkəti Ağcabədi şəhərində yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

"Ağcabədi şəhəri, Məmməd Əminə Rəsudzadə küçəsi 201A ünvanında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Yanacaqdoldurma məntəqəsində 26 yeni iş yeri açılmışdır. Beləliklə, "Azpetrol Ltd” yanacaqdoldurma məntəqələrinin ümumi sayı 104-ə çatıb”, -  şirkətin məlumatında bildirilib.

Azpetrol ltd Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi olan "Spartak” 1997-ci il iyulun 15-də Bakının Nəsimi rayonunda açılıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM