Bakı “İnter”i UEFA-nın manşetində

14:00 | 18.07.2014
Bakı “İnter”i UEFA-nın manşetində

Bakı “İnter”i UEFA-nın manşetində

UEFA Bakının “İnter” klubunun Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda səfərdə İsveçin “Elfsborq” komandasına qalib gəlməsini (1:0) müsbət dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, paytaxt təmsilçisinin bu uğuru qitənin ali futbol qurumunun rəsmi saytının manşetində yer alıb.

Bununla bağlı yazıda qeyd olunub ki, İsveçdəki qələbə dünənki futbol gecəsinin ən gözlənilməz hadisəsi olub.

Bildirilib ki, səfərdəki bu qələbə “İnter”in növbəti mərhələyə çıxmaq şansını artırıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM