“Bakı” klubu Topaz Premyer Liqasından qovula bilər

18:42 | 08.05.2014
“Bakı” klubu Topaz Premyer Liqasından qovula bilər

“Bakı” klubu Topaz Premyer Liqasından qovula bilər

“Biz “Bakı” klubundan FİFA-ya şikayət etmişik. Buna səbəb müştərim Aleksandr Tomovskinin müqaviləsinin birtərəfli şəkildə pozulmasıdır”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın sabiq müdafiəçisi Aleksandr Tomovskinin vəkili Georgi Qradev deyib.

 

Paytaxt təmsilçisinin müştərisinə 78 min dollar borclu olduğunu deyən Qradev bildirib ki, ali futbol qurumuna 4 il əvvəl müraciət ediblər: “FİFA-ya 2010-cu ilin yanvarında şikayət etmişik. Onlar bu qərara 2013-cü ilin sentyabrında baxıblar. Bəli, gec, 3 il 9 ay sonra.  FİFA lehimizə qərar çıxardı. “Bakı” 78 min dolları bizə 2014-cü il aprelin 22-dək ödəməli idi. Amma buna əməl etmədilər. Aprelin 30-da bu komandaya qarşı sanksiya tətbiq edilməli idi”.

 

Qradevin sözlərinə görə, “Bakı” rəsmiləri qərardan narazı qaldığından əks iddia ilə çıxış ediblər: “Bakı” nümayəndələri bizdən FİFA-ya şikayət ediblər ki, guya müqaviləni biz pozmuşuq. Buna görə futbolçudan 200 min dollar təzminat istəyirdilər. Lakin FİFA onların şikayətini rədd etdi. Bilirsiniz, “Bakı” çox ağır cəzalarla üzləşə bilər. Komandanın hesabından 6 xal silinməsi, hətta birinci diviziona göndərilmək ehtimalları da var”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb