Bakı metrosunun yatmış polisləri - FOTO

13:18 | 20.08.2014
Bakı metrosunun yatmış polisləri - FOTO

Bakı metrosunun yatmış polisləri - FOTO

Bakı metropolitenində polis işçisinin xidməti yerində yatması barədə məlumatlar yayılıb.ANSPRESS-in məlumatına görə, “Facebook” sosial şəbəkəsində Sancaq qrupundabu barədə foto paylaşılıb. Bundan əlavə bəzi kütləvi informasiyavasitələrində qeyd olunub ki, metronun “İnşaatçılar” stansiyasında ikipolis əməkdaşı təhlükəsizliyə nəzarət edir. Bu zaman polislərdən biroturduğu stolda mürgüləyir. Digər polis əməkdaşı isə telefonla danışır.Məsələniaraşdırmaq üçün Bakı Metropoliteni ilə əlaqə yaratdıq. Metronun mətbuatxidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında qurumdatəhlükəsizliyin yüksək səviyyədə qorunduğunu bildirdi.“Düzdürpolisin yatması birbaşa daxili işlər orqanlarına aid məsələdir. Ammaümumilikdə metroda təhlükəsizliyin nəzarətsiz qalması ilə bağlısöz-söhbət yalandır. Metroda daima təhlükəsizlik yüz faiz qorunur.Təhlükəsizlik istər polis, istərsə də metropoliten işçiləri tərəfindnədaim nəzarət altındadır. Bundan başqa, metronun hər bir nöqtəsindəmüşahidə kameraları ilə hadisələr izlənir”, - deyə Nəsimi Paşayevbildirib.Məsələ ilə bağlı metronun polis şöbəsinin rəis müaviniKamal Şirinovla əlaqə saxladıq. O, məsələ barədə heç bir açıqlama verməkistəmədi. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini,polis polkovniki Ehsan Zahidov ANS PRESS-ə açıqlamasında məsələ barədəeşitmədiyini bildirib. O, məsələnin araşdırılacağını əlavə edib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM