Bakı səhnəsində əbədi sevgi himni - FOTOLAR

12:52 | 22.04.2014
Bakı səhnəsində əbədi sevgi himni - FOTOLAR

Bakı səhnəsində əbədi sevgi himni - FOTOLAR

Rüstəm QasımovSevgi - ehtiras, harmoniya, kədər, ayrılıq və ... Allahın insanlara bəxş etdiyi bu kimi duyğuları çox sadalamaq olar. Amma Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş "Leyli və Məcnun" tamaşası hətta ölümdən sonra da diri qalacaq, parlaq bir duyğu kimi sönməz olacaq əbədi sevginin mövcudluğunun bariz nümunəsidir.Bu günlərdə səhnələşdirilən baletin əsas rollarını Azərbaycanın xalq artistləri Kamilla Hüseynova (Leyli) və Gülağası Mirzoyev (Qeys-Məcnun), həmçinin Fərid İbrahimov (İbn-Salam) ifa edirdilər. "İfa edirdilər" - bu söz bəlkə də mənim gördüklərimi o qədər də düzgün təsvir eləmir. Onlar ifa etmirdilər, əbədi məhəbbət nağılını yaşayırdılar, o duyğunun alovunda qovrulurdular. Orkestrə dirijorluq edən beynəlxalq müsabiqələrin laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Eyyub Quliyev isə tamaşa boyu səslənən musiqinin tənzimləyicisi, baletə xüsusi ab-hava qatan şəxs idi.Şərqdə eşq mövzusu həmişə "Leyli və Məcnun"la assosiasiya olunub, bu barədə filosof Nizami Gəncəvi, Füzuli və başqa böyük mütəfəkkirlər yazıblar. Ona görə də təəccüblü deyil ki, böyük Azərbaycan bəstəkarı Qara Qarayevin biraktlı baleti şəhər sakinlərinin və paytaxt qonaqlarının arasında məşhurdur. Bu sənət ocağının qapısını tez-tez açan şəxs kimi müşahidə etmişəm ki, buranın öz daimi tamaşaçısı var. Onlar heç bir tamaşanı buraxmırlar - istər balet olsun, istərsə də möhtəşəm premyera. Buraya müxtəlif yaşdan, peşədən və maraq dairəsi müxtəlif olan insanlar yığılırlar. Çünki onları birləşdirən bir dəyər var - incəsənətə sevgi.Müşahidə etdiyim nüanslardan biri də odur ki, teatr işçiləri hər bir qonağa qarşı həmişə çox mehriban və diqqətlidirlər. Sözsüz, bu, çox sevindirici haldır. Və teatrda hökm sürən atmosferin özü sizi sanki yenidən və yenidən bura gəlməyə səsləyir.Tamaşanın süjetinə qayıdaq. Varlı nəsildən olan Leylinin kasıb Qeysə olan dəlicəsinə sevgisi haqqında hekayə. Aşiqlər onların birlikdə olmasına imkan verməyən saysız-hesabsız maneələrin öhdəsindən gəlməli olurlar. Buna görə də, hətta ölümdən sonra da onların arasında sevgi sönmür və əbədi hissə çevrilir. Nəticədə sevgidən ağlını itirmiş Qeys Leylinin axtarışına düşür, səhraları dolaşır. Hətta ölümdən sonra da onun ruhu dinclik tapmır və səyyahların gözünə ilğım şəklində görsənir."Leyli və Məcnun" baleti növbəti dəfə göstərdi ki, gözəllik məhz Şərqdən gəlir. Axı qadını pəriyə bənzədən parlaq kostyumlar heyranlıq doğurur və tamaşanın əsas iştirakçılarının cəld hərəkətləri səhnəyə zəriflik çalarları qatır.İşıq sönür və gözəl şərq melodiyası səslənir, rəqqaslar çıxır və tamaşa başlayır. Tamaşaçıların diqqəti səhnəyə "qandallanıb", onlar ovsunlanıblarmış kimi səhnədə rəqs edən qəhrəmanların hər bir hərəkətini izləyir, nəyisə gözdən qaçırmaq istəmirlər.Musiqi əsas personajların və onların həyatında baş verənlərin əhval-ruhiyyəsini əks etdirirdi. Gah ucalan, gah harayasa yox olan, gah da yenidən peyda olan səda... Baş qəhrəmanların həyəcanları zamanı musiqi aydın səmada şimşəyə və ya nəzərə çarpmayacaq qədər dalğalanan zərif hamar suya bənzəyir.Rəqqasların parlaq makiyajı, mimika və jestlər səhnədə baş verənlərə canlılıq əlavə edirdi. Elə təəssürat formalaşırdı ki, artistlər öz şəxsi talelərini səhnədə yaşayırlar. Yəni, kənardan bu qədər ahəngdar görünürdü.Baş qəhrəmanlar olan Leylinin (Kamilla Huseynova), Məcnunun (Gülağası Mirzoyev) və İbn-Salamın  (Fəridə İbrahimova) təsirli ifası uzun müddət bütün zaldakıların alqışlamasına, emosional reaksiyasına səbəb olurdu. Gurultulu alqışlar "Əhsən" hayqırtıları ilə müşayiət olunurdu. Hisslər, ehtiras, harmoniya, hərəkətlərin uyğunluğu və səhnədə əla qarşılıqlı münasibət tamaşaçıları laqeyd qoymur, onlar artistlərə gül hədiyyə edir, uğurlar diləyirdilər."Leyli və Məcnun" baleti teatra toplanmış bütün tamaşaçılarda yaxşı təəssüratlar buraxdı və bir daha əbədi sevginin mövcudluğunu xatırlatdı.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb