Bakcell-in dəstəyi ilə beynəlxalq simpozium keçirildi - FOTOLAR

15:51 | 09.06.2014
Bakcell-in dəstəyi ilə beynəlxalq simpozium keçirildi - FOTOLAR

Bakcell-in dəstəyi ilə beynəlxalq simpozium keçirildi - FOTOLAR

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin sponsorluğu ilə Xəzər Universitetində Türkiyənin Erciyes Universiteti ilə birgə təşkil olunan beynəlxalq simpozium keçirildi. "21-ci əsrin pəncərəsindən mədəniyyət və kimlik" mövzusunda keçirilən simpoziumun işində Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, Ukrayna, Latviya, Macarıstan, ABŞ, Hindistan və Avstraliyadan olan alim və mütəxəssislər, media mənsubları iştirak ediblər.

Simpoziumda dəyişməkdə olan çağdaş dünyada kimlik məsələsi ətrafında, o cümlədən xalqın varlığının formalaşmasında, inkişafında, inteqrasiyasında və yaxud assimilyasiyasında mədəniyyətin rolu barədə müxtəlif müzakirələr aparılıb. Bu simpoziumun əsas məqsədi kimlik və mədəniyyətlə əlaqədar problemləri, kimliyin mədəniyyətə və mədəniyyətin kimliyə təsir yollarını araşdırmaqdır. Simpozium çərçivəsində məruzələr əsasən Dil və Ədəbiyyat, Tarix, Sosiologiya, Tibb və səhiyyə, Teologiya, İncəsənət, Dizayn və Memarlıq, Kütləvi İnformasiya Vasitələri mövzusunda olub.

Bakcell şirkəti elmin inkişafı istiqamətində görülən işləri daim diqqət mərkəzində saxlayır və simpoziumun təşkil olunmasında zəhmətini əsirgəməyən bütün şəxslərə təşəkkürünü bildirir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM