Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

11:56 | 17.10.2014
Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

Oktyabrın 19-dan 30-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən Beynəlxalq Caz Festivalı keçiriləcək.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər Bakının qonağı olacaqlar.

 

Festival çərçivəsində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Caz Mərkəzində dünya şöhrətli musiqiçilərin - Terri Layn Karrinqton kvarteti, Terens Blanşard kvinteti, Anat Kohen Kvarteti, “Mişel Kamilo” triosu, Stenli Klarkın qrupu, “Kreyq Taborn” triosu, “Trilok Gurtu” qrupunun və başqalarının çıxışları gözlənilir.

 

Eyni zamanda Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb