Bakıda dünya çempionatı keçiriləcək

13:44 | 08.09.2014
Bakıda dünya çempionatı keçiriləcək

Bakıda dünya çempionatı keçiriləcək

Yunanıstanın Afina şəhərində keçirilən yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə Beynəlxalq Assosiasiyanın Baş Assambleyasında yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkənin müəyyən edilməsi məqsədilə səsvermə baş tutub.Azərbaycan Yelkənli İdman Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Assambleyada 254 səs çoxluğu ilə Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul edilib.Assambleya çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyasının nümayəndələri tərəfindən təqdimat keçirilib və mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi olan Vətənimizin paytaxtı, daim yenilən, müasirləşən və xüsusilə də küləklər şəhəri olan Bakı şəhərinin yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsinin doğru seçim olduğu Beynəlxalq Yelkənli İdman Federasiyasının nümayəndələri və Assambleya iştirakçıları tərəfindən xüsusilə vurğulanıb.Qeyd edək ki, yelkənli qayıqların 470 Olimpiya sinfi iki əllə idarə olunan yarış qayıqlarıdır və bu sinfin adı onun ümumi uzunluğunun santimetrlə ölçüsündən yaranıb (qayıq 4.70 m uzunluğundadır) və bu qayıqlar sürətli üzmə qabiliyyətinə malikdirlər. 470 Olimpiya sinfinə aid olan adıçəkilən qayıqların çəkisinə nisbətən iri həcmli yelkənləri vardır ki, bu da qayıqların avtomobillərlə müqayisədə sanki dəniz avtomobili tək dənizdə yüksək sürətlə və manevrlə idarə olunmasına şərait yaradır.

1963-cü ildən idman növü kimi formalaşmış yelkənli idman növü 1976-cı ildən Olimpiya sinfinə daxil edilmiş 10 yelkənli idman növündən biridir və 300 nəfərdən artıq idmançının iştirak etdiyi bu idman növü üzrə yarışlar dənizdə keçirilən ən böyük yarışlardan biri hesab olunur.

Vətənimizin belə bir beynəlxalq səviyyəli, mötəbər yarışa ev sahibliyi etməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük zəhmət və qayğı ilə Respublikamızın beynəlxalq idman aləmində formalaşdırılmış nüfuzunun daha da artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsi olması fəxr hissi ilə qeyd edilməlidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb