Bakıda döyüş olacaq

10:23 | 31.03.2014
Bakıda döyüş olacaq

Bakıda döyüş olacaq

İyunun 21-də Bakıda qarışıq döyüş növləri (Mixfight) üzrə Avropa çempionatı keçiriləcək.Azərbaycan Qarışıq Döyüş Növləri Federasiyasının (MMA) mətbuat xidmətindən bildiriblər ki, Dünya Qarışıq Döyüş Növləri Assosiasiyasının (WMMAA) növbəti iclasında qarışıq döyüş növləri üzrə Avropa çempionatının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.Bundan başqa Gənclər və İdman nazirliyinin qərarına əsasən qarışıq döyüş növləri üzrə ilk azərbaycanlı dünya çempionu Etiqad Atakişiyevə idman ustası adı verilib. Müvafiq əmrdən sonra idmançımıza idman ustası vəsiqəsi təqdim edilib. AGİN-in əmrinə əsasən Etiqad Atakişiyev MMA üzrə idman ustası adı alan ilk azərbaycanlı kimi tarixə düşüb. Onu da qeyd edək ki, Bakıda təşkil olunacaq çempionat ərəfəsində Dünya Qarışıq Döyüş Növləri Assosiasiyasının konqresi və WMMAA hakimlərinin beynəlxalq seminarı keçiriləcək.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb