Bakıda Mədəniyyətlərarası Forum keçiriləcək

10:30 | 11.04.2015
Bakıda Mədəniyyətlərarası Forum keçiriləcək

Bakıda Mədəniyyətlərarası Forum keçiriləcək

"Bu ilin may ayında Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək”.
 
ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin I rübün yekunlarına dair nazirlər kabinetində təşkil olunmuş müşavirəsində çıxış edən nazir bir çox beynəlxalq təşkilatların bu tədbirin həmtəşkilatçısı qismində çıxış etdiyini deyib:

"Cari il may ayının 18-19-da Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu gün dünya xalqlarının Forumun ideyaları ətrafında birləşməyə çağırışı Azərbaycana məxsus olmaqla bərabər, dünyanın UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu təşkilatları bu tədbirin həmtəşkilatçısı qismində çıxış edirlər”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb