Bakıda çovğun olacaq

14:06 | 07.01.2015
Bakıda çovğun olacaq

Bakıda çovğun olacaq

Sabah Bakıda yolların buz bağlayacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamendindən verilən məlumata görə, yanvarın 8-i Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntı olacaq, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək, gecəyə doğru çovğun olacağı, yolların buz bağlayacağı ehtimal olunur.

Temperatur 2-4 dərəcə isti, gündüz 0-a yaxın olacaq, axşama doğru 2 dərəcə şaxta olacaq.

Yanvarın 8-də rayonlarda da yağıntı olacaq, sulu qar, qara keçəcəyi gözlənilir. Arabir intensivləşəcək, şimal-qərb küləyi güclənəcək.

Rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda 8-13 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə gecə 18-23 dərcə şaxta, gündüz 2-7 dərcə şaxta gözlənilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM