Bakıda Peyntbol Turniri

15:24 | 29.09.2014
Bakıda Peyntbol Turniri

Bakıda Peyntbol Turniri

Peyntbol idman növü gənclərin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. ANN.Az xəbər verir ki, belə ki, hərbi vətənpərvərliyin artırılması sahəsində peyntbol idman növünün xüsusi yeri vardır.3 oktyabr 2014-cü il tarixində “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında Şüvəlan qəsəbəsi ARENA idman klubunda Peyntbol Turniri keçiriləcəkdir.Turnirin əsasnaməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Peyntbol Federasiyası tərəfindən təsdiq edilib.Turnir 16 komanda və hər bir komandanın tərkibində 6 idmançı olmaqla təşkil ediləcəkdir.  Turnirin keçirilməsində məqsəd gənclərin fiziki hazırlığının artırılmasına dəstək, onların  idman naliyyətlərinin, o cümlədən vətənpərvərliyin təbliğ edilməsi, peyntbol idman növünün gənclər arasında təbliği, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda mənəvi və fiziki tərbiyəsi, həmçinin, gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir.Turnirdə 1, 2 və 3 –cü yerləri qazanacaq komandalara  və  digər iştirakçılara müvafiq olaraq qiymətli hədiyyələr, diplomlar, xatirə medalları təqdim olunacaqdır.İdmançıların mükafatlandırlması mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Peyntbol Federasiyasının rəhbərliyi iştirak edəcəkdir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb