Bakıda qurbanlıq heyvanlar neçəyə satılacaq? - Nazirdən açıqlama

10:35 | 02.10.2014
Bakıda qurbanlıq heyvanlar neçəyə satılacaq? - Nazirdən açıqlama

Bakıda qurbanlıq heyvanlar neçəyə satılacaq? - Nazirdən açıqlama

Azərbaycanda qurbanlıq ətlərin aşağı qiymətə satışını təmin etmək üçün bütün tədbirlər görülüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.Onun sözlərinə görə, qurbanlıq heyvanlar 90-95 manata və hətta aşağı qiymətə satılacaq: "Türkiyədən ət kəsimi üçün səyyar maşınlar gətirilib və açıq havada ət kəsimi üzrə işlərin təşkili məqsədi ilə tədbirlər görülüb".H.Əsədov vurğulayıb ki, maşınların bu il sınaqdan keçirilməsi gözlənilir: "Gələn ildən bu maşınlar daha geniş istifadə olunacaq. Ümumilikdə ölkədə ət kəsimi sisteminin təkmilləşdirilməsi üçün kəsim üzrə bir neçə iri məntəqənin tikintisinə başlanılıb".ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb