Bakıda rəssam Arif Ələsgərovun fərdi sərgisi keçirildi - VİDEO ANN TV

12:45 | 21.10.2014
Bakıda rəssam Arif Ələsgərovun fərdi sərgisi keçirildi - VİDEO ANN TV

Bakıda rəssam Arif Ələsgərovun fərdi sərgisi keçirildi - VİDEO ANN TV

Bir müddət öncə Azərbaycanın Milli İncəsənət Muzeyində Azərbaycanın əməkdar rəssamı Arif Ələsgərovun fərdi sərgisi keçirildi. 

Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgi rəssamın 70 illik yubileyinə həsr olunmuşdu. 

Açılış mərasimində rəssamın keçdiyi yaradıcılıq yolundan, rəssamın bioqrafiyasının ən parlaq məqamlarından söz açıldı. Professor Arif Ələsgərova söz veriləndə isə, o, mərasimə qatılan hər kəsə öz təşəkkürünü bildirdi və qonaqları öz işləriylə tanış olmağa dəvət etdi. Sərgidə xeyli insan iştirak edirdi. 

Arif Ələsgərovun əsərləri 1972-ci ildən bəri respublika daxilində, həmçinin xaricdə keçirilən bir çox sərgilərdə mütamadi sərgilənir. 1977-2001-ci illərdə o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində dərs deyib. 2001-2008-ci illərdə Azərbaycan Rəssamlıq Akademiyasında kafedra müdiri kimi çalışıb. Rəssam 2008-ci ildən etibarən Türkiyənin Karadeniz Texniki Universitetinin rəssamlıq fakültəsində kafedra müdiri kimi çalışır. 

ANN.Az portalı paytaxtımızda keçirilən mədəni hadisələri diqqətdən kənarda qoymur və Arif Ələsgərovun fərdi sərgisində baş tutmuş video reportajı izləyicilərinə təqdim edir. 

Rüstəm Qasımov

Aynur Məmmədova

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb