Bakı-2015: Qasımova, Fərzəliyev və Əliyev yarımfinalda

12:48 | 13.06.2015
Bakı-2015: Qasımova, Fərzəliyev və Əliyev yarımfinalda

Bakı-2015: Qasımova, Fərzəliyev və Əliyev yarımfinalda

Bu gün Bakı-2015 Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar.  "Kristal Zal”da təşkil olunan ilk yarış günündə 6 dəst medal öz sahibini tapacaq. Kumite növü üzrə baş tutacaq çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunur.
 
Kumite
 
Kişilər
60 kq
A qrupu
Bu çəkidə tatamiyə çıxan Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin  növbəti görüşdə rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz bu dəfə inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib - 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb.
 
Bu dəfə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ  adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayacaq.
 
67 kq
A qrupu
Komandamızın medal ümidlərindən olan Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmasını 2:0 hesabı ilə aktivinə yazan həmyerlimiz ardınca Stevan Da Kostanı (Fransa) 3:1, ispaniyalı Manuel Rosero Ruis 2:0 hesabı ilə məğlub edib.
 
O, yarımfinalda digər qrupun ikincisi Burak Uyğura (Türkiyə) qarşı keçirəcək.
 
75 kq
A qrupu
Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulacaq. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gələcək. İkinci qarşılaşmasında Erman Eltemuru (Türkiyə) sınağa çəkəcək həmyerlimiz qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirəcək.
 
Qadınlar
50 kq
A qrupu
Bu növdə ölkəmizin idman şərəfini Nuranə Əliyeva A qrupunda yer alıb. İlk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirən karateçimiz yuka xalı ilə uduzub - 0:1. O, növbəti 2 gürüşündə də ümidləri doğrultmayıb. Türkiyəli Serap Özçelikə 0:6, xorvatiyalı Monika Beruleç 0:3 hesabı ilə məğlub olan Əliyeva qrupda sonuncu olub və vaxtından əvvəl Oyunlarla vidalaşıb.
 
55 kq
B qrupu
Yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.
 
61 kq
B qrupu
Millimizin karateçisi Fəridə Abıyevanın Avropa Oyunlarında debütü slovakiyalı İnqrida Suşankova görüşə təsadüf edəcək. 20 yaşlı həmyerlimiz daha sonra Ana Lenard (Xorvatiya) və Merve Çobanla (Türkiyə) münasibətinə aydınlıq gətirəcək. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb