Daha bir təmsilçimiz yarımfinalda - FOTOLAR

14:00 | 24.06.2015
Daha bir təmsilçimiz yarımfinalda - FOTOLAR

Daha bir təmsilçimiz yarımfinalda - FOTOLAR

ANN.Az xəbər verir ki, "Kristal Hall" Arenada bu gün kişilər arasında 75 kq çəki dərəcəsində boks yarışlarının yarım finalçılarını müəyyən etmək üçün görüşlər keçirilib.

1/4 final mərhələsində ölkəmizi təmsil edən Xaybula Musalov belarus rəqibi Vitali Bandarenka ilə qarşılaşıb. Yarım finala vəsiqə qazanmaq üçün sona qədər mübarizə aparan təmsilçimiz rəqibinə qalib gələrək növbəti mərhələyə vəsiqə əldə edib.

Xatırladaq ki, kişilər arasında keçirilən boks yarışmasının yarım final mərhələsində bu axşam daha iki təmsilçimiz Tayfur Əliyev və Teymur Məmmədov final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

Orxan Aslanlı
 
 
 





























































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM