Tayfur Əliyev 40-cı medalımızı təmin etdi

19:55 | 24.06.2015
Tayfur Əliyev 40-cı medalımızı təmin etdi

Tayfur Əliyev 40-cı medalımızı təmin etdi

ANN.Az xəbər verir ki, bugün kişilər arasında 56 kq çəki dərəcəsində boks yarışlarının növbəti finalçıları bəlli olub.

Yarımfinal mərhələsində ölkəmizi təmsil edən Tayfur Əliyev rusiyalı rəqibi Nazırov Bakhtvor ilə görüşüb. Təmsilçimiz gərgin keçən görüşdə rəqibinə məğlub olaraq,  finala vəsiqə qazana bilməyib.

Xatırladaq ki, kişilər arasında keçirilən boks yarışında bu axşam daha bir təmsilçimiz Məmmədov Teymur final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
 
Tayfur Əliyev finala vəsiqə qazana bilməsə də bürünc medalı əldə edə bilib. Bununla da Azərbaycanın ümumilikdə olan medallarının sayı 40-a çatıb 

Orxan Aslanlı





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb