Boks yarışlarında son yarımfinalçılar və ilk finalçılar müəyyənləşəcək

11:59 | 24.06.2015
Boks yarışlarında son yarımfinalçılar və ilk finalçılar müəyyənləşəcək

Boks yarışlarında son yarımfinalçılar və ilk finalçılar müəyyənləşəcək

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın daha 2 boksçusu medal uğrunda döyüşçəcək.
 
"Report"un məlumatına görə, bunlar Xaybula Musalovla Yana Alekseyevnadır.

Kişilərin mübarizəsində 75 kq çəki dərəcəsində yer alan Musalov saat 12:30-da 1/4 final qarşılaşmasında belaruslu Vitali Bondarenkonu sınağa çəkəcək. Qələbə təqdirində o, yarımfinalda Kamil Qardzielik (Polşa) - Zoltan Harksa (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 60 kq çəkidəki Yana Alekseyevna isə saat 13:30-da 1/4 finalda rusiyalı Zinaida Dobrınina ilə görüşəcək. Döyüşün qalibi yarımfinalda İda Lundblad (İsveç) - Keti Teylor (İrlandiya) cütünün qalibinə rəqib olacaq.

Axşam seansında isə ilk finalçılar müəyyənləşəcək. Kişilərin arasında 56 kq çəkidəki Tayfur Əliyev yarımfinalda rusiyalı Baxtovar Nazirovla üz-üzə gələcək. Qalib boksçu qızıl medal uğrunda qarşılaşmada Dmitri Asanov (Belarus) - Qais Aşfaq (İngiltərə) cütünün qalibini sınağa çəkəcək. Final döyüşü iyunun 25-də olacaq.

Digər boksçu Teymur Məmmədov da bu gün yarımfinal görüşünə çıxacaq. 81 kq çəkidə yer alan azərbaycanlı idmançının rəqibi rusiyalı Pavel Silyaqin olacaq. Bu gürüşün qalibi qızıl medal uğrunda görüşdə Valentino Manfredonia (İtaliya) - Aleksandr Xijnyak (Ukrayna) cütünün qalibi ilə döyüşəcək.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında boks yarışları iyunun 27-dək davam edəcək.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb