“Bakı Fəhləsi” məktəb binasını satır1000 manata

14:50 | 28.02.2018
“Bakı Fəhləsi” məktəb binasını satır – 1000 manata

“Bakı Fəhləsi” məktəb binasını satır1000 manata

Cəlilabad rayonunda tikintisi yarımçıq qalmış məktəb binası satışa çıxarılıb.

Axar.az xəbər verir ki, tikilinin satılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi 27 mart tarixində hərrac keçirəcək. Əmlak tikintisi dondurulmuş, normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyekt hesab edildiyindən satışa çıxarılıb. Əmlakı satışa təqdim edən sifarişçi təşkilat "Bakı Fəhləsi" Şərab Zavodudur.

Cəlilabad rayonu, Muğan kəndində yerləşən tikintisi yarımçıq qalmış məktəbin ilkin satış qiyməti 1000 manatdır, məktəbin yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymti isə 5000 manat müəyyən edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM