Bakı-İstanbul aviareysi ləğv edildi

16:20 | 17.02.2016
Bakı-İstanbul aviareysi ləğv edildi

Bakı-İstanbul aviareysi ləğv edildi

Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) saat 17:35-a təyin olunan Bakı-İstanbul aviareysi ləğv edilib.

Məsələylə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Report"a bildirib ki, həmin reysin ləğv olunmasının səbəbi təyyarənin dolmaması ilə bağlıdır.

"Ümumi qaydalara görə, belə hal baş verən reysə bilet alan şəxslərə başqa reys təklif edilir və ya alternativ yolla həmin şəxslər getdikləri ünvanlara çatdırılır", - deyə P.Kəsəmənski əlavə edib.

Qeyd edək ki, Bakıdan İstanbula hər gün aviareyslər yerinə yetirilir. Bu marşrut üzrə növbəti reys saat 20:45-də reallaşdırılacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM