Bakı məktəbində şagirdlər partanı yandırdılar - VİDEO

09:54 | 04.02.2022
Bakı məktəbində şagirdlər partanı yandırdılar - VİDEO

Bakı məktəbində şagirdlər partanı yandırdılar - VİDEO

Bakının Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən 306 nömrəli tam orta məktədəbdə təhsil alan şagirdlər sinif otağındakı stuldan əyləncə vasitəsi kimi istifadə ediblər.

Ölkə.az xəbər verir ki, bununla bağlı qeydə alınmış görtülərdəndə aydın olur ki, aşırılmış stulun üstündə oturan məktəblilərdən biri digərini dartır. Şagirdlər xoşagəlməz davranışla yanaşı, dövlət əmlakına da ziyan vururlar.

Təhsil ocağı ilə əyləncə mərkəzini səhv salanlar məktəbin 10 C sinif şagirdləri olub.

"Xəzər Xəbər"in vatsap nömrəsinə göndərilən digər videonun isə Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki 188 nömrəli tam orta məktəbdə çəkildiyi iddia olunur. Burada şagirdlərdən biri stulun üstünə spirt tökərək dövlət əmlakını yandırır. Ətrafdakılar isə həmin anları telefonunun yaddaşına həkk edir.

Qeyd edək ki, son zamanlar bəzi şagirdlərin nümunəvi hərəkətləri əvəzinə qeyri-etik davranışlarını əks etdirən görüntülər müxtəlif sosial şəbəkələrdə yayılır. Belə görünütlərin sürətlə yayılması orta məktəblərdə smartfonların qadağan olunub-olunmamasını gündəmə gətirir. Ümumiyyətlə, qadağanın tətbiq edilməsi məktəblərdə belə hadisələrin qarşısını ala bilərmi?

Təhsil eksperti Kamran Əsədov deyir ki, dünya təcrübəsində bir çox ölkələrdə nəinki şagirdlərin, hətta müəllimlərin də tədris prosesində telefonlardan istifadə etməsi qadağan edilib. Onun sözlərinə görə, tədrisin pozulmaması üçün Fransada məktəblərə əlavə vasitələrin gətirilməsinə icazə verilmir.

Kamran Əsədov qeyd edib ki, bəzi ölkələrdə isə şagirdlər telefonlarını qoruyucu şkaflara qoyaraq məktəbə daxil olurlar. Ekpsert hesab edir ki, Azərbaycan məktəblərində də dünya təcrübəsində tətbiq edilən qaydalardan istifadə etmək olar.

O əlavə edib ki, məktəblərdə telefon, planşet kimi vasitələrdən istifadə digər şagirdlərin təhsildən yayınmasına səbəb olur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb