“Bakı Metropoliteni”ndən uşaqlar üçün hədiyyə – FOTO

12:16 | 19.05.2016
“Bakı Metropoliteni”ndən uşaqlar üçün hədiyyə – FOTO

“Bakı Metropoliteni”ndən uşaqlar üçün hədiyyə – FOTO

"Bakı Metropoliteni” Nəsimi rayonu, Asif Məhərrəmov 64 ünvanında azyaşlı uşaqlar üçün parkın tikintisini yekunlaşdırıb və istifadəyə verib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədəki hesabında yazıb. 

Onun sözlərinə görə, dəfələrlə sakinlər tərəfindən qınağa tuş gəlsələr də həvəsdən düşməyiblər:

"Gördüyünüz bu ərazini bizim əməkdaşlar hasara aldılar, binanın həyətində istirahət üçün nəzərdə tutulmuş, son istifadə müddəti keçmiş bu "park"ı da hasara aldıq və dağıtmağa başladıq.

Çünki havalandırma şaxtası da vacib idi. Bina sakinləri başladı haqlı olaraq bizi danlamağa. Tikdik, tikdik, tikdik və Bənövşəyi xətt istifadəyə veriləndə artıq bu şaxtalardan istifadəyə başlanıldı. Sonra baxdıq ki, belə olmaz. 

O binada yaşayan sakinlərin parkını geri vermək lazımdır. Xüsusən də o gül balalar üçün nəsə eləmək lazımdır. Həmin ərazini abadlaşdırdıq və təzə bir istirahət parkı saldıq. İçərisinə də gül balalarımızın oynaya bilməsi üçün 1-2 atraksion qoyduq.

Neçə kilo asfaltdan istifadə etdiyimiz deməyəcəyəm, amma ərazi tam abadlaşdırılıb, yaşıllaşdırılıb və sakinlər də indi bizə dua eləyirlər”





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb