Bakı metrosunda orijinal fotolayihə - REPORTAJ

14:48 | 25.07.2015
Bakı metrosunda orijinal fotolayihə - REPORTAJ

Bakı metrosunda orijinal fotolayihə - REPORTAJ

Rüstəm Qasımov

Bir müddət əvvəl "Bakı Metropoliteni”nin və "Kapital Bank”ın təşkilatçılığıyla "Metro Gallery” layihəsi çərçivəsində fotosərgi keçirilib. 
 


Bu, "Bakı Metropoliteni”nin sosial istiqamətdə artıq ikinci sərgisidir. Bir müddət əvvəl "Nəriman Nərimanov” stansiyasında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara həsr olunmuş sərgi keçirilmişdi. Bu dəfə isə sərgi "Gənclik” metro stansiyasının keçidində baş tutdu. Bu qəbildən sərgiləri həm şəhərimizin sakinləri, həm də paytaxtımızın qonaqları böyük heyranlıqla qarşılayırlar. Birincisi, bu şəhərimizin sakinləri üçün bir yenilikdir, çünki biz daha çox ənənəvi, muzeylərdə, sərgi salonlarında və yaxud qalereyalarda keçirilən sərgilərə öyrəşmişik. İnsanlar həmişə yenilikləri böyük maraqla qarşılayırlar, Bakı metrosunda da insanların sərgiyə marağını bununla izah eləmək olar.
 


İkincisi, metro elə bir ictimai nəqliyyat növüdür ki, hər gün yüz minlərlə insan ondan istifadə edir. Bu mənada əminliklə demək olar ki, Bakı metrosu müxtəlif fotoqraflarının işlərinin daha böyük publikaya çatdırılmasında önəmli rol oynayır. 
 
Sərgidən xəbər tutan kimi mən dərhal hadisə yerinə tələsdim, mənimçün sərginin necə keçirilməsi və ona nə qədər marağın olmasını bilmək maraqlıydı. Səmimi desəm, metrodan istifadə edənlərin bir çoxunun şəkillərə baxmaq üçün dayanması və azərbaycanlı fotoqrafların işləriylə maraqlanması məni çox sevindirdi. 
 
 

Fotolara baxan zaman mən xarici qonaqların danışığını eşitdim, onlar deyirdilər ki, ilk dəfədir sərginin belə keçirilməsi metodunu görürlər. Onların sözlərinə görə, bu doğrudan da qeyri-adi bir şeydir, keçiddən keçənlər bir anlıq ayaq saxlayıb fotolara baxmağa vadar olurlar. 
 


Mən metro keçidindən keçən sıravi insanların reaksiyalarını müşahidə edirdim. Onlardan kimsə bir başqasının diqqətlə sərgidə şəklə baxdığını görəndə, bu, onlarda da maraq oyadırdı və onlar da yaxınlaşıb şəkillərə baxırdılar. "Gənclik” metrosunda keçirilən sərgi zamanı mən bir daha əmin oldum ki, insanları maraqlandırmaq və onların diqqətini cəlb etmək lazımdır. Bir insanın ayaq saxlayıb şəklə baxmasıyla, başqa birisi də eyni hərəkəti edirdi. 
 


İndisə keçək sərgidə fotoları nümayiş etdirilən fotoqrafların işlərinə. Dərhal deməliyəm ki, sərgilənən şəkillər çox və çox gözəl idilər. Görünürdü ki, azərbaycanlı və qeyri-azərbaycanlı fotoqraflar yaxşı iş ortaya qoymaq üçün çalışıblar. Fotolar təkcə əla keyfiyyəti ilə deyil, həmçinin dəqiq kompozisiyası, rəngarəng süjetləri ilə seçilirdilər, bununla fotoqraflar Azərbaycan regionlarının bütün gözəlliyini və orijinallığını çatdırmağa çalışırdılar. Sərgiyə daxil olan fotoların bəziləri bizim odlar yurdumuzun gözəl şəhəri olan Bakının gözəlliyini əks etdirirdi. Sərgidə hər bir foto barədə ətraflı məlumat verilirdi, bunun sayəsində tamaşaçılar hər bir foto və fotonun müəllifi haqqında ətraflı informasiya alırdılar. 
 


Fotoqraflar arasında bəziləri var ki, mən onların faəliyyətini daim sosial şəbəkələrdən izləyirəm. İlkin olaraq, onlardan biri kimi mən İlkin Kəngərlinin adını çəkə bilərəm. 
 


Kəngərlinin işləri hər zaman orijinallığı ilə seçilir. Bu fotoqrafı foto rəssam adlandırmaq olar, onun şəkilləri foto apparatla çəkilmiş rəsm əsərlərini xatırladır. İlkin Kəngərlinin seçdiyi süjetlər hər zaman rənagarəng olur: Bakının keçmiş və müasir arxiteksurasını əks etdirən şəhər peyzajları, məscidlər, tarixi abidələr, otellər və digərləri. Kənd peysajlarını da unutmaq olmaz, onda bu, heç də şəhər peyzajlarından geri qalmır. 
 



Məndə həmçinin Rüfət Mehdiyev və Ruslan Məmmədovun şəkilləri dərin təəssürat buraxdı. Baxın görün, bu azərbaycanlı fotoqraflar necə qeyri-adi rakurslardan şəkillər çəkiblər. Bu ki əsl kreativdir!
 
 

 "Lyokin”in çəkdiyi fotoları da diqqətdən kənarda qoymaq olmaz. Birinci diqqət elədiyim foto Azərbaycanın ən məşhur kəndlərindən biri olan Xınalıqda çəkilmişdi. Bu şəkil mənim çox xoşuma gəldi. 

Bu fotoqrafın şəhər peyzajını əks etdirən fotoları da kifayət qədər uğurlu idi. 

Fotoqraf Vüqar Sevdimalıyevdə insan emosiyalarını çəkmək çox uğurlu alınır, məsələn, Azərbaycan ərazisində yaşayan qədim xalqların nümayəndələrinin üzlərindəki sevinci göstərmək. Şəkillərdən biri Quba rayonunda dəniz səviyyəsindən 2170 metr yüksəklikdə yerləşən "Qrız” kəndində çəkilmişdi. 

Fotoqrafın qış vaxtı baş çəkdiyi və şəkillər çəkdiyi digər kənd Selibur adlı ləzgi kəndi idi. Bu kənd Qusar rayonunda dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir. Burada xüsusilə, qış vaxtı kənd təsərrüfatı ilə məşğul olmaq çox çətin olsa da, bu kəndin əhalisi maldarlıqla məşğul olur. Kənddə cəmi 8 ailə yaşayır. 

Vüqar Sevdimalıyevin digər işi emosiyalarla dolub daşırdı, fotoya baxan kimi bu dərhal hiss olunurdu. Şəkil 20 yanvar hadisələrinin ildönümündə çəkilib. 

Yaxınlarını itirmiş qadınların kədər və narahatlığı şəklə baxanlardan dərin təəssürat buraxırdı. Fotoqrafın şəkli çəkdiyi rakursu da xüsusi vurğulamaq lazımdır. 
Denis Sveçnikovun çəkdiyi şəkil gözəl peyzajı ilə seçilirdi, o da sərgi də bir neçə işiylə təmsil olunurdu. 

Fotoqraf Nikolay Şeqlovun çəkdiyi şəkillər də parlaqlığı və heyratamizliyi ilə seçilirdi. 

Sərgidə çox sayda fotoqraf təmsil olunmuşdu, onlara misal kimi Arzu Mürvətovanı, Gülşən Qasımzadəni, Amina Balaoğlanovanı, Xalid Zeynalovu, Fərid Məmmədovu, Nicat Cəbrayılovu, Ruslan Məmmədovu, İrina Həsənovanı, Vüqar Əmrullayevi, Vüsal Verdiyevi, Maksim Skupovu, Nicar Rzayevi, Rüfət Əliyevi və digərlərinin adını çəkmək olar. 

"Metro Gallery” layihəsi mart ayında başlayıb və böyük maraqla qarşılanıb, 126 fotoqrafın 1857 fotoyla müsabiqədə təmsil olunması bunun əyani sübutudur. Əməkdar incəsənət xadimi Fərid Xeyrullayevin başçılığı ilə peşəkar jüri 39 iştirakçının 92 işini seçib. 

Metro stansiyada sərgi 15 noyabra qədər davam edəcək, kim sərgini ziyarət etməyibsə, edə bilər, hələ vaxta var. 
 
































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb