18 may tarixində
Bakı növbəti dəfə möhtəşəm beynəlxalq tibbi elmi konfransa ev sahibliyi edib.
5ci Beynəlxalq Bariatrik Metabolik Cərrahi Konqresi Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi, Modern Hospital, Gənclər Fondu, Azərbaycan Bariatrik Metabolik Cərrahiyyə
Dərnəyinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutmuşdur. Artıq 5-ci dəfə təşkil olunan konfransda 9
xarici ölkədən 32 beynəlxalq dərəcəli professor və mütəxəssis həkimlər iştirak
edib. Ümumilikdə 7 Akademik paneldə 73
spiker Bariatrik, Dietoloji, Endokrinoloji, Psixoloji, Kardioloji, Uşaq piylənməsi,
Hepatoloji sahələrdə piylənmənin təsiri mövzusunda öz bilik və təcrübələri ilə
bağlı təqdimatlarını paylaşıblar. Ölkəmizdə
ümumi səhiyyə sferasında tanınmış, tibbin müxtəlif sahələri üzrə mütəxəssis
olan 41 yerli çıxışçı (professor və həkimlər) da konfransın gedişatı boyunca gənc
səhiyyə işçiləri və bu sahəyə marağı olan 1000-dən çox iştirakçı ilə əhəmiyyətli,
maarifləndirici bilgiləri bölüşüblər.
Hazıda cərrahiyyənin daha çətin, önəmli və müasir sahələrindən
biri olan Bariatrik-Metabolik cərrahiyyə çox sürətlə inkişaf etməkdədir. Bu
inkişafa son 5 ildə ölkəmizin də qoşularaq yararlanması imkanları formalaşıb. Bu
baxımdan öz faydalı işləri ilə hər zaman fərqlənən elmi dərnək olan Azərbaycan
Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin
hər il elmi təşkilatçılıq etdiyi Beynəlxalq konqreslərin xüsusi rolu
var. Bu dəfəki konqres də Beynəlxalq İFSO ( International Federation for the Surgery of Obesity and Metabolic
Disorders) tərəfindən rəsmi təsdiq
olunaraq həyata keçirilib. Bu konfransın təşkil olunmasında həmçinin Azərbaycan
Tibb Universiteti, ATU, Azərbaycan Gənclər Fondu, "Dan” ictimai birliyi və TOSS (Turkish
Obesity Society of Surgery) da elmi tərəfdaş olaraq çıxış edib.
Cərrahlar, reanimatoloq-anestezioloqlar,
endokrinoloqlar, dietoloqlar, pediatrlar, endoskopiya mütəxəssiləri, həmçinin
digər həkim qurupları üçün təşkil edilən
və tibbin bir sıra sahələrinin ən aktual problemlərinə həsr olunmuş konqresdə
aşağıdakı universitetlər və beynəlxalq dərnəklər çıxışçı qismində iştirak edib;
Universitetlər
2. İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi və ÇAPA tibb fakültəsi.
3. Hacettepe Universiteti,
4. Malatya İnönü Tibb Universiteti,
5. Medipol Universitet Xəstəxanası,
6. Acibadem Universitet xəstəxanası,
7. Hannover Tertiary Referral Bariatrik Cərrahiyyə mərkəzi,
8. Franakfurt Krankenhaus Sachsenhausen Bariatrik Cərrahiyyə mərkəzi
9. ABŞ - University of Michigan Hospitals and Health Centers, Hackensack University Medical Center
10. ABŞ - Carolina Weight Management Center Minimal Invasive surgery and bariatric surgery faculty.
11. Sankt-Peterburq Almazov beynəlxalq tibbi tədqiqat mərkəzi
12. Astana Tibb Universiteti
13. Daşkənt Tibb Akademiyası
14. Tehran Tibb Universiteti
Beynəlxalq Dərnəklər:
2. Türkiyə
a. TOSS - Turkish Obesity Surgery Society ,
b. TARA - Turkish Anesthesiology and Reanimation Association,
c. TASO -Turkish Association for the Study of Obesity,
d. MBSDA - Metabolic and Bariatric Surgical Dietetics Association ;
e. Turkish Metabolic Surgery Association and Turkish Metabolic Surgery Foundation
3. Rusiya- SBR - Society of Bariatric surgeons of Russia.
4. Qazaxıstan SBMSK - Society of Bariatric and Metabolic Surgeons of Kazakhstan;
5. Birləşmiş Ərəb Əmirikləri PASMBS - Pan Arab Society of Metabolic & Bariatric Surgery
6. IFSOMENAC - IFSO Middle East North Africa Chapter
7. İran Bariatrik Cərrahlar Cəmiyyəti.
Konqresdə Bariartik-Metabolik
cərrahiyyə yeniliklərindən əlavə bu sahənin ən aktual məsələlərini özündə birləşdirən
Reanimasion-Anestezioloji , Endokrinoloji, Dietoloji, Psixoloji, Kardioloji,
Post-Bariatrik Qidalanma, Post-Bariatrik plastik Cərrahiyyə və II tip şəkərli
diabetin cərrahi müalicəsinə dair panel də keçirilib .
Tədbirin gündəliyində Azərbaycana ilk dəfə olaraq bu sahədə yerli tibbi mütəxəssislərin
hazırlanması məqsədilə istifadə olunan ən müasir proqram və treninq
protokolları əsasında müasir simulyatorlardan və heyvan orqanları modellərindən
istifadə edilməklə Bariatrik cərrahi vərdişlər kursu təşkil olunaraq bu
sahəyə marağı olanlara sertifikatlar verilib.
Bu ilki konqresin önəmli məqamlarından biri də
konqresin materialları və təqdim edilən tezislərin beynəlxalq səviyyədə tanınan
LESS (Laparoscopic Endoscopic Surgical
Science ) jurnalında dərc edilələcəyi oldu.
Konqres və kurs Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi tərəfindən davamlı tibb təhsili tədbiri kimi akkreditasiya olunub ( 16 CME balı). Bu tədbir və kurs İFSO tərəfindən rəsmi olaraq tanınır və təsdiqlənir. (ötən
illlərdə olduğu kimi https://ifso.com/ifso-endorsed-meetings/ )
Kongresin Təşkilat Komitəsinin sədri, Bariatrik Metabolik cərrah PhD. Dr.
Taryel Ömərov tədbir haqqında öz fikirlərini bizimlə paylaşıb:
"Konfrans gözlədiyimizdən də möhtəşəm bir şəkildə baş tutdu. Bu
konfransın möhtəşəm olmasının bir neçə səbəbi var.
2.
Konferansın programının
tam və mütəşəkkil şəkildə mövzunu əhatə etməsi
3.
Dünyanın ən aktual
problemlərindən olan piylənmə xəstəliyinin müalicəsinin hərtərəfli müzakirə
olunması (Bariatrik metabolik Cərrahiyyə, Endokrinologiya, Dietologiya,
Anesteziologiya-Reanimasiya, Kardiologiya, Uşaqlarda piylənmə, Psixologiya və
s.)
4.
Artıq 6cı ildir ki ölkəmizdə
müxtəlif çeşidli Bariatrik Metabolik əməliyyatlar aparırıq və həmçinin 5ci
ildir ki, yerli kadrların hazırlanması, marifləndirilməsi istiqamətində beynəlxalq
səviyyəli konqreslər təşkil edirik. Buna görə də bu konfransın ən əsas özəlliklərindən
biri də o idi ki, tədbirdə ilk dəfə olaraq yerli kadrların bu sahədə olan təcrübələrini
özündə əks etdirən panel formalaşdırıldı.
Bütün bunlar bizə deməyə əsas verir
ki, artıq biz də yetəri qədər təcrübəyə sahib yerli kadrlar ilə birlikdə dünya
səviyyəli konqreslər keçirməyə hazırıq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !