Bakı-Quba yolunda dəhşəli qəza: 5 nəfər öldü - FOTO/VİDEO

21:28 | 10.05.2019
Bakı-Quba yolunda dəhşəli qəza: 5 nəfər öldü - FOTO/VİDEO

Bakı-Quba yolunda dəhşəli qəza: 5 nəfər öldü - FOTO/VİDEO

Bakı-Quba yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində, "Nasosnu” deyilən ərazidə baş verib.
İlkin məlumata görə "Shagman” markalı yük avtomobili ilə "Mercedes” markalı minik maşını  toqquşub. Qəza nəticəsində 5 nəfərin öldüyü deyilir. Onlardan dördü kişi, biri qadındır.

Ölənlərin Goranboy rayonunda hərbi xidmətdə olan övladlarının andiçmə mərasimindən qayıdan şabranlı ailə olduğu bildirilir.
İlkin məlumata görə, yük maşınının sürücüsü  sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb