Bakı səhnəsində unikal sevgi səhnəsi - REPORTAJ

20:23 | 09.03.2016
Bakı səhnəsində unikal sevgi səhnəsi - REPORTAJ

Bakı səhnəsində unikal sevgi səhnəsi - REPORTAJ

Rüstəm Qasımov

Son istirahət günlərində Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində ən məşhur və tələb olunan tamaşalardan biri, görkəmli rus bəstəkarı Pyotr İliç Çaykovskinin "Ququşu gölü" tamaşasının təqdimatı keçirildi. Tədbir 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuşdu. 

Bu dəfə ""Ququşu gölü" tamaşasının əsas rollarında şəhərimizdə qastrolda olan Belorus ifaçılar çıxış edirdilər. Odetta-Odiliya partiyasını Lyudmila Xitrova ifa edirdi. Xitrovanın tərəf müqabili isə Oleq Yeromkin idi. 

Rotbar rolunda çıxış edən əməkdar artist Samir Səmədovun çıxışı yüksək səviyyədə idi. O cümlədən akyor Mehman Mərdanov, Lasrisa Semyonova, Tamilla Məmmədzadə, Faila Bolqarova, İntiqam Məmmədov da öz növbələrində heyratamiz idilər. 

Yeri gəlmişkən baletin dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idi. 

Tamaşanın keçirildiyi gecə həqiqətən də zövq oxşayırdı, zal ağzına qədər dolmuşdu, tədbirə KİV-in də diqqət gözəçarpırdı. 

Elmi, mədniyyəti, təhsili və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı paytaxtımızda baş tutan mədəni hadisələri diqqətdən kənarda qoymur Bu dəfə oxucularımıza "Ququşu gölü" tamaşasından çəkdiyimiz fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 









































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM