Bakı-Supsa təhlükədə: Rusiyaya nota verildi

10:25 | 12.08.2015
Bakı-Supsa təhlükədə: Rusiyaya nota verildi

Bakı-Supsa təhlükədə: Rusiyaya nota verildi

Gürcüstan Rusiyaya sərhəd xəttinin dəyişdirilməsi ilə bağlı daha bir nota verib. Notada bildirilir ki, avqustun 10-da tanınmamış Cənubi Osetiya Respublikası ilə sərhəddə Rusiya əsgərləri tərəfindən Kareli qəsəbəsinin Tamaraşeni və Tseronissa kəndlərində sərhəd nişanları yeriləşdiririlib.

ANS PRESS-in məlumatına görə, nota Gürcüstanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. Nazirlik bəyan edir ki, Rusiya əsgərləri tərəfindən son bir ayda adı çəkilən ərazidə sərhəd işarələri 3-cü dəfədir ki, dəyişdirilir. Açıqlamada bunun bölgədə vəziyyəti gərinləşdirməyə hesablandığı bildirilir. 

Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur ki, sərhəd nişanlarını dəyişdirilməsi nəticəsində kəndlilər torpaq itkisi ilə üzləşir. Bu isə onların etirazına səbəb olur.

Bundan əvvəl Rusiya hərbi qüvvələrinin Gürcüstanın nəzarətində olan torpaqlara daxil olması paytaxt Tiflisidə minlərlə insanın etirazına səbəb olub.

Rus qoşunları Cənubi Osetiya istiqamətindən 1 kilometr məsafəyə qədər Gürcüstanın ərazisinə daxil olduqda rəsmi Tiflis Rusiyanın Baku-Supsa neft kəmərinə nəzarəti ələ keçirməyə çalışdığını bildirib.

Gürcüstan hökuməti Rusiyanın təcavüzlərini dayandırmaq məqsədilə Moskva ilə danışıqlar aparsa da, danışıqlar indiyə qədər fayda verməyib. Gürcüstan xalqı etiraz aksiyalarında hökuməti danışıqları dayandırmağa çağırıb.

Gürcüstan parlamentinin üzvü İrma Nadiraşvili bildirib ki, Rusiya hər gün Gürcüstan ərazisini işğal edir: "Buna baxmayaraq, hökumət bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Düşünürəm ki, xalq buna qarşı etiraz etməlidir. Hansı partiya tərəfdarı olmamızdan asılı olmayaraq biz birlikdə Rusiya və Gürcüstan hökumətinin siyasətinə qarşı çıxmalıyıq”. 

Birləşmiş Milli Hərəkatın üzvü Qiqa Bokeriya deyib: "Rusiyanın bu hərəkəti bizim dövlətçiliyimizə, azadlığımıza qarşı təhlükədir. Lakin əsas problem bu təhlükəyə qarı çıxa biləcək qabiliyyəti olan hökumətin mövcud olmamasıdır. Ona görə də məqsədimiz bu hökuməti demokratik yolla devirmək və ölkəni müdafiə etmək üçün ordunu lazımi hazırlıq səviyyəsinə gətirməkdir”.

Sərhəd xəttinin yerinin dəyişdirliməsi Gürcüstanla yanaşı Azərbaycanı da narahat edir. Çünki Azərbaycana məxsus Bak- Supsa neft ixrac kəməri Gürcüstanın Cənubi Osetiya və Abxaziya ərazilərinin yaxınlığından keçir.

Azərbaycanın da narahatlığına səbəb olan məsələ ilə əlaqədar Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakı-Supa boru kəməri ərtafında yaranmış vəziyyəti şərh etmişdi. O, layihənin Azərbaycan hissəsinin işlək vəziyyətdə olduğunu və hər şeyin qrafik üzrə getdiyini bildirib: 

"Supsa tərəfindəki boru kəmər nəqli Gürcüstanın siyasi problemidir. Texniki cəhətdən layihə tam hazırdır. Sadəcə Gürcüstan Rusiya ilə anlaşılmazlığını çözməlidir".

Gürcüstanla Rusiya arasında 2008 ci ilin avqust ayında baş verən müharibədən sonra Rusiya birtərəfli müstəqllik elan edən Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdığını bəyan etmişdi. Baş verən müharibədən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi. Gürcüstan və Rusiya arasında diplomatik əlaqələr İsveçrənin Tiflisdəki və Moskvadaki səfirlərlikləri vasitəsi ilə həyata keçirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb